"Zirə" "Sabah"ı məğlub edərək yenidən 3-cü pilləyə yüksəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, günün yeganə matçında "Zirə" "Sabah"ı qəbul edib.
Zirə İdman Kompleksinin stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. "Qartallar"ın heyətində hər iki qolu Hamidu Keyta vurub. Fransalı hücumçu 63-cü və əsas vaxta əlavə olunmuş 3-cü dəqiqədə fərqlənib.
Bu nəticədən sonra xallarını 28-ə çatdıran "Zirə" yenidən 3-cü pilləyə yüksəlib. 20 xalı olan "Sabah" isə 5-ci sırada qalıb.
Qeyd edək ki, XVI turun əvvəlki matçlarında "Qəbələ" evdə "Səbail'i 2:0, "Neftçi" isə "Keşlə"ni 3:1 hesabı ilə yenib. Turun “Qarabağ” – “Sumqayıt” görüşü mayın 12-nə təxirə salınıb.
Oxşar xəbərlər
Premyer Liqa: "Sumqayıt" evdə "Keşlə"yə uduzdu
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, "Keşlə" Sumqayıtda eyniadlı komandanın...
