"Qəbələ" braziliyalı hücumçu transfer etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Mövsümün ikinci yarısının hazırlığını davam etdirən “Qəbələ” qış fasiləsində ilk transferini gerçəkləşdirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, "qırmızı-qaralar” Patrik Robson de Souza Monteyronu heyətinə qatıb.
Braziliyalı hücumçu Avstriyanın “Admira” klubundan icarəyə götürülüb. 24 yaşlı cənubi amerikalı 1,5 il “Qəbələ”nin formasını geyinəcək.
Braziliyada “Amerika” (Rio-de-Janeyro), “Bonsusesso”, “Friburquense”nin yeniyetmə və gənclərdən ibarət komandalarında çıxış edən Patrik peşəkar karyerasına Avstriyada başlayıb. 2020/21 mövsümündə “Horn”da çıxış edən forvard ötən ilin yayında “Admira”ya keçib.
Oxşar xəbərlər
“Qəbələ” klubu çilili hücumçunu transfer edib
“Qəbələ” heyətinə daha bir futbolçu qatıb. Klubdan BAKU.WS-ə daxil olan məlumata görə, “qırmızı-qaralar” çilili hücumçu Rodriqo Qattasın keçidini rəsmiləşdirib....