"Qarabağ"ın yarımfinaldakı rəqibi bilindi
Yeniliklərdən dərhal xəbərdar olun
Futbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı müəyyənləşib.
BAKU.WS xəbər verir ki, 1/4 finalın cavab görüşündə "Səbail" "Sumqayıt"ı qəbul edib.
"ASCO Arena"dakı qarşılaşma "gənclik şəhəri" təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Sumqayıt"ın heyətində Rəhim Sadıxov 20-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. 3 dəqiqə sonra Əli Qurbani fərqi iki topa çatdırıb. 90+6-cı dəqiqədə isə Əfran İsmayılov penaltidən təsəlli qoluna imza atıb.
Qeyd edək ki, 1/4 finalın digər oyunları fevralın 7-də olacaq. "Kəpəz" "Keşlə"ni, "Zirə" "Neftçi"ni qəbul edəcək. "Neftçi" və "Kəpəz" ilk görüşdə rəqiblərinə 0:1 hesabı ilə uduzublar.
Oxşar xəbərlər
“Neftçi” UEFA Avropa Liqasında mübarizəni dayandırdı
UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən “Neftçi” - “Qalatasaray” oyunu başa çatıb. BAKU.WS xəbər verir ki,...