"Qarabağ"ın İsveçrəyə səfər proqramı açıqlanıb

Qarabağın İsveçrəyə səfər proqramı açıqlanıb
İdman 84

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündə "Sürix" ilə qarşılaşacaq "Qarabağ" FK sabah - iyulun 25-i İsveçrəyə yollanacaq.

BAKU.WS xəbər verir ki, komandamızı Sürix şəhərinə aparacaq təyyarə saat 17:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.

İyulun 26-da saat 18:40-da (Bakı vaxtı ilə 20:40) komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq.

Saat 19:00-da isə (Bakı vaxtı ilə 21:00) matçın keçiriləcəyi "Letsiqrund" stadionunda komandamızın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.

Qeyd edək ki, "Sürix" - "Qarabağ" oyunu iyulun 27-də Bakı vaxtı ilə 21:00-da baş tutacaq. İlk matçda komandamız 3:2 hesabı ilə qalib gəlib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər