“Qarabağ“ın səfər oyununun vaxtı dəyişdi
Yeniliklərdən dərhal xəbərdar olun
Futbol üzrə Azərbaycan Kubokunda ¼ final mərhələsinin cavab oyunlarının təqvimi müəyyənləşib.
BAKU.WS xəbər verir ki, 3 günü əhatə edəcək mərhələnin bütün görüşləri “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
Azərbaycanı UEFA Konfrans Liqasının pley-off mərhələsində təmsil edəcək “Qarabağ” “Keşlə” klubuna qarşı səfər oyununun vaxtının bir gün dəyişdirilməsi ilə bağlı Peşəkar Futbol Liqasına (PFL) müraciət edib.
Yarışların Əsasnaməsini və “Keşlə” klubunun razılıq məktubunu rəhbər tutan PFL “Keşlə” - “Qarabağ” oyununu fevralın 12-dən fevralın 11-nə keçirib.
11 fevral (cümə)
18:00. “Keşlə” – “Qarabağ”
“ASK Arena”
12 fevral (şənbə)
16:00. “Sabah” – “Neftçi”
“Bank Respublika Arena”
13 fevral (bazar)
15:00. “Qəbələ” – “Sumqayıt”
Qəbələ şəhər stadionu
18:00. “Səbail” – “Zirə”
“ASCO Arena”
Oxşar xəbərlər
“Neftçi” – “Qarabağ” matçının saatı açıqlandı
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünün sonuncu - 28-ci turunun oyun cədvəli açıqlanıb. BAKU.WS Peşəkar Futbol Liqasının rəsmi saytına istin...