“Qarabağ”ın sabiq qapıçısı qəribə hadisə ilə üzləşdi: İzləyici meydana atıldı, boğazını dirəyə bağladı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
İngiltərə Premyer Liqasının XX turundan təxirə salınmış "Everton" - "Nyukasl" görüşündə qeyri-adi hadisə baş verib.
BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, "Qudison Park" stadionundakı matçı tribunadan canlı izləyən tamaşaçılardan biri meydançaya daxil olaraq, özünü plastik qandalla Mersisayd təmsilçisinin qolkiperi Asmir Beqoviçin qoruduğu qapının dirəyinə bağlayıb.
Təhlükəsizlik xidmətinin əməkdaşları dərhal dəmirkəsən qayçı ilə həmin şəxsin boğazındakı qandalı açmağa çalışıblar. Çoxsaylı cəhdlər təqribən 8-9 dəqiqə sonra nəticə verib. Bu səbəbdən görüşdə məcburi fasilə yaranıb.
Tamaşaçının siyasi fəal olduğu və meydançaya etiraz məqsədilə çıxdığı bəlli olub.
Hazırda qarşılaşmada ikinci hissə oynanılır və hesab açılmayıb.
Qeyd edək ki, Asmir Beqoviç 2019-cu ildə icarə əsasında "Qarabağ"da çıxış edib.
Qalereya
Oxşar xəbərlər
"Qarabağ"ın sabiq qapıçısı dəqiqliyi ilə diqqət mərkəzində - VİDEO
İngiltərənin "Everton" klubunun qapıçısı Asmir Beqoviç məşqdəki dəqiqliyi ilə diqqət mərkəzinə düşüb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 35 yaşlı qolki...