“Qarabağ”ın legionerləri milliyə dəvət aldılar - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
“Qarabağ”ın dörd legioneri milliyə komandalara çağırılıb.
Klubun Mətbuat Xidmətinin yaydığı məlumata görə, Marko Yankoviç Monteneqro millisinin oktyabrın 12-də Livan ilə beynəlxalq yoldaşlıq, oktyabrın 17-də isə Avro-2024-ün seçmə mərhələsində Serbiya ilə oyunlarına dəvət alıb.
Luka Quqeşaşvili Gürcüstan millisinin oktyabrın 12-də Tailand ilə beynəlxalq yoldaşlıq, oktyabrın 15-də isə AVRO-2024-ün seçmə mərhələsində Kipr ilə oyunlarına çağırılıb.
Leandro Andrade və Patrik Andrade Kabo Verde millisinin oktyabrın 12-də Əlcəzair, oktyabrın 17-də Komor adalarına qarşı yoldaşlıq oyunlarına dəvət ediliblər.
Qalereya
Oxşar xəbərlər
"Qarabağ"ın üç legionerinə milliyə dəvət
"Qarabağ"ın üç legioneri ölkələrinin milli komandalarına dəvət alıb. BAKU.WS xəbər verir ki, bu barədə Ağdam klubunun Mətbuat Xidməti məlumat yayıb. Bildirilir...