“Qarabağ”ın keçmiş futbolçusu Rusiyada ölümdən döndü - VİDEO

“Krasnodar”ın yarımmüdafiəçisi Kadi Borges Rusiya Premyer Liqasının 24-cü turunun “Spartak”la oyununda zədələnib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, ikinci hissənin əvvəlində o, hava mübarizəsi zamanı “Spartak”ın müdafiəçisi Georgi Cikia ilə toqquşub. Kadi başını rəqibin çiyninə vuraraq qazona yıxılıb.
Bir neçə saniyə huşunu itirən futbolçunun dilini udmaması üçün ona ilkin tibbi yardımı Cikia özü göstərib.
Bundan sonra Borges özünə gəlsə də, görüşü davam etdirə bilməyib. Onu sahədən xərəklə elektromobildə aparıblar.
Qeyd edək ki, 27 yaşlı braziliyalı futbolçu 2021-2023-cü illərdə “Qarabağ”ın formasını geyinib.
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...
