“Qarabağ”ın futbolçusu: “Bizə qol vurduğuna görə irad bildirdim”

“Qarabağ”ın futbolçusu: “Bizə qol vurduğuna görə irad bildirdim”
İdman 3

“Qarabağ”ın futbolçusu Leandro Andrade “Olimpiya” ilə 1:1-lik heç-heçə edib Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandıqları matçdan sonra maraqlı açıqlama verib.

BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, kabo-verdeli yarımmüdafiəçi Sloveniya klubunun heyətindəki həmyerlisi Pinto Kosta ilə aralarında olan dialoqdan söz açıb.

Andrade “onu “Qarabağ”da oynamağa dəvət etdin” sualına maraqlı cavab verib: “Yox, bizə qol vurduğuna görə irad bildirdim”.

Qeyd edək ki, Pinto Kosta “Olimpiya”nın vurduğu bərabərlik qolunun müəllifidir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər