“Qarabağ”ın “Bayer 04”lə ev oyununa 27000 bilet satılıb

“Qarabağ”ın “Bayer 04”lə ev oyununa 27000 bilet satılıb
İdman 1

“Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın “Bayer 04” klubuna qarşı keçirəcəyi ilk oyuna 27000 bilet satılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan çempionunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bilet satışı hələ də davam edir. Məhdud sayda biletləri “Iticket.az”ın satış məntəqələri (iticket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkündür. “Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılır.

Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer 04” görüşü saat 21:45-də başlayacaq. Cavab qarşılaşması martın 14-də Leverkuzendə olacaq.

Son xəbərlər