"Qarabağ"dan Britaniya səfirinə cavab: "Gəlin, şərtləri razılaşdıraq" - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabag" Futbol Klubu Britaniyanın Azərbaycandakı səfiri Fergus Auldun və səfirliyin əməkdaşlarının komandaya üzv kimi qəbul edilməsi təklifinə zarafatla cavab verib.
"Qarabağ" bu barədə tvitter hesabında paylaşım edib: "Böyük məmnuniyyətlə! (sizi üzv kimi qəbul edərik- red.) Qapılarımız üzünüzə açıqdır. İstədiyiniz zaman gəlin, müqavilə şərtlərini razılaşdıraq. Bizim üçün şərəf olar".
Qeyd edək ki, daha əvvəl Fergus Auld tvitterdəki hesabında səfirliyin əməkdaşlarının futbol oyununun fotolarını paylaşıb.
"Bu gün səfirliyin əməkdaşları ilə futbol oynadıq. Həm işdən ayrılan əməkdaşlarımız ilə sağollaşdıq, həm də həyatımıza idman qatdıq."Qarabag" Futbol Klubu, bizi üzv kimi qəbul edərsiniz?", - səfir kluba xitabən yazıb.
Böyük məmnuniyyətlə! Qapılarımız üzünüzə açıqdır. İstədiyiniz zaman gəlin, müqavilə şərtlərini razılaşdıraq.😉
— Qarabağ FK (@FKQarabagh) March 12, 2023
Bizim üçün şərəf olar. https://t.co/7vVnzO4BTB
Oxşar xəbərlər
UEFA növbəti dəfə “Qarabağ”la bağlı paylaşım etdi - FOTO
Dünyanın nüfuzlu futbol qurumu UEFA Avropa Liqası Azərbaycan təmsilçisi “Qarabağ”la bağlı paylaşım edib. BAKU.WS xəbər verir ki, liqanın tvitter hesabında oluna...