"Qarabağ" Premyer Liqanın vahid lideri oldu

Qarabağ Premyer Liqanın vahid lideri oldu
İdman 114

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, turun sonuncu oyununda "Qarabağ" "Keşlə"nin qonağı olub.

"ASK Arena"dakı qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

"Keşlə"nin heyətində yeganə qolu 7-ci dəqiqədə Rəhman Hacıyev vurub. 90+2-ci dəqiqədə isə Patrik Andrade penaltidən hesabı bərabərləşdirib.

Xallarının sayını 18-ə çatdıran meydan sahibləri 8-ci pillədə qalıb. "Qarabağ" isə 43 xalını qazanaraq "Neftçi"ni keçib və vahid lider olub.

Qeyd edək ki, günün digər matçlarında "Sumqayıt" səfərdə "Neftçi"ni 2:0, "Sabah" isə evdə "Qəbələ"ni 1:0 hesabı ilə üstələyib. Dünən baş tutmuş "Səbail" - "Zirə" oyununda hesab açılmayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

"Zirə" "Keşlə"ni məğlub etdi

"Zirə" "Keşlə"ni məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun daha bir oyunu keçirilib. BAKU.WS xəbər verir ki, günün son matçında "Zirə" "Keşlə"ni qəbul edib. Qarşılaşma me...

81 İdman 19:51 22 noyabr 2020

Son xəbərlər