"Qarabağ" - "Nyukasl" oyununun biletləri satışa çıxarıldı
UEFA Çempionlar Liqasının "Play-off" mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Nyukasl" (İngiltərə) oyununun biletləri satışa çıxarılıb.
BAKU.WS xəbər verir ki, oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Standart biletlərin qiyməti:
10, 15, 25, 35, 40, 50, 75 AZN
VIP sektorlar: 200, 250, 300 və 400 AZN
VVIP sektorlar: 1000 AZN
Diqqət: Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.
Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlərimiz iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı "Qarabağ" FK-nın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilər.
Oxşar xəbərlər
Hacı Kərimov Avropa çempionatının finalına çıxıb
Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U20 Avropa çempionatı davam edir. BAKU.WS xəbər verir ki, beşinci yarış günündə 57, 65, 70, 79 və 97 kq-da yer...