"Qarabağ" "Nant"la oyunda bir dəqiqəlik sükut məsələsinə aydınlıq gətirdi
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Bakı vaxtı ilə saat 20:45-də “Qarabağ” Avropa Liqasının qrup mərhələsinin ikinci turunda Fransanın “Nant” klubu ilə qarşılaşacaq. Ağdam təmsilçisi matçdan öncə Ermənistan təxribatı nəticəsində şəhid olan həmvətənlərimizlə bağlı bir dəqiqəlik sükut elan edilməsi üçün UEFA-ya müraciət etmişdi. Lakin UEFA bu müraciətə müsbət cavab verməyib.
"Qarabağ" klubunun mətbuat katibi Gündüz Abbaszadə Trend-ə bildirib ki, UEFA bu müraciətə müsbət cavab vermədiyinə görə matçdan öncə bir dəqiqəlik sükut olmayacaq.
Xatırladaq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçusu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
Oxşar xəbərlər
“Neftçi” UEFA Avropa Liqasında mübarizəni dayandırdı
UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən “Neftçi” - “Qalatasaray” oyunu başa çatıb. BAKU.WS xəbər verir ki,...