"Qarabağ" klubu dünya reytinqində bir pillə geriləyib
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı son dünya klub reytinqində Azərbaycan təmsilçilərinin mövqelərində dəyişikliklər qeydə alınıb.
BAKU.WS xəbər verir ki, 182,5 xala malik olan ölkə çempionu "Qarabağ" bir pillə geriləyərək 68-ci sıradan 69-cu yerə düşüb. "Sabah" klubu isə irəliləyiş edən komandalar sırasındadır – 93,5 xalla 252-ci pillədən 224-cü mövqeyə yüksəlib.
Digər klublardan "Zirə" 66,75 xalla 360-cı yerdən 389-cu sıraya enib. "Araz-Naxçıvan" 60,25 xalla 486-cı pillədən 456-cı yerə qalxıb. "Neftçi" də mövqeyini yaxşılaşdıraraq 51,25 xalla 563-cü yerdən 553-cü sıraya yüksəlib. "Turan Tovuz" isə geriləyənlər sırasında yer alıb – komanda 608-ci pillədən 627-ci yerə düşüb.
Qeyd edək ki, 704 klubun yer aldığı reytinq cədvəlinə Fransanın PSJ klubu 613 xalla başçılıq edir.
Oxşar xəbərlər
UFC çempionu İslam Maxaçev Las-Veqasda Moraleslə döyüşəcək
Rusiyalı yüngül çəki üzrə UFC çempionu İslam Maxaçev növbəti döyüşünü Maykl Moraleslə keçirəcək. BAKU.WS-in məlumatına görə, bu barədə məlumatı "El Comercio" y...