"Qarabağ" Kamilo Duranla vidalaşdı
"Qarabağ" futbol kulubu kolumbiyalı hücumçusu Kamilo Durana təşəkkür edib.
BAKU.WS-in məlumatına görə, Ağdam klubunun rəsmi sosial şəbəkə hesablarında futbolçu ilə bağlı paylaşım edilib:
"Təşəkkürlər, Kamilo Duran"Qarabağ" FK futbolçumuz Kamilo Duranın transferi ilə bağlı Şotlandiyanın "Seltik" klubunun təklifini və kolumbiyalı hücumçunun istəyini nəzərə alaraq müsbət cavablandırıb. Klublar arasında aparılan danışıqların uğurla yekunlaşıb və tərəflər arasında razılıq əldə olunub. 2025-ci ilin yayından "Qarabağ"ın formasını geyinən cənubi amerikalı futbolçu komandamızın heyətində 45 oyunda 15 qol vurub. O, "Qarabağ"la birlikdə UEFA Çempionlar Liqasının Liqa mərhələsini adlayaraq pley-offun iştirakçısı olub. Kamilo Durana klubumuzdakı çıxışı dövründə göstərdiyi xidmətlərə görə təşəkkür edir, karyerasında uğurlar arzulayırıq".
Qeyd edək ki, yayılan məlumatlarda Duranın "Seltik"ə 5,5 milyon funt-sterlinqə (12,5 milyon manat) transfer olunacağı deyilirdi. "Qarabağ" Kamilo Duranı ötən mövsümün əvvəlində 200 min avroya transfer etmişdi.
Oxşar xəbərlər
DÇ-2026: İspaniya 1/4 finalda bu gün Belçika ilə üz-üzə gələcək
ABŞ, Kanada və Meksikada keçirilən futbol üzrə dünya çempionatının 1/4 final mərhələsinin daha bir oyunu baş tutacaq. BAKU.WS report-a istinadən xəbər verir ki,...