"Qarabağ" Kamilo Duranın komanda yoldaşını da gətirir
Yeniliklərdən dərhal xəbərdar olun
Növbəti mövsüm hazırlıqlarını davam etdirən "Qarabağ" heyətinə Portuqaliyadan daha bir futbolçu qatacaq.
BAKU.WS Futbolinfo.az-a istinadən xəbər verir ki, bu, "Portominense" klubunun yarımmüdafiəçisi Samuel Qomeş Lobatodur.
24 yaşlı portuqaliyalı oyunçu ilə bütün məsələlərdə razılıq əldə olunub. Onunla danışıqlar artıq son mərhələdədir. Futbolçunun yaxın günlərdə ölkəmizə gələcəyi bildirilir.
Qeyd edək ki, Samuel Lobato "Qarabağ"ın kolumbiyalı hücumçusu Kamilo Duranla eyni vaxtda "Portominense"də oynayıb.
Futbolçunun hazırda "Portominense" ilə müqaviləsi davam edir. "Transfermarket"in qiymətləndirməsinə görə onun dəyəri 300 min avrodur.
Oxşar xəbərlər
AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb
AFFA İntizam Komitəsi "Səbail" klubunun prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb, klubu isə 3000 manat cərimələyib. BAKU.WS xəbər verir ki, buna I Liq...