“Qarabağ” Kadini fantastik məbləğə satdı - Azərbaycan futbolunda ilk
Yeniliklərdən dərhal xəbərdar olun
“Qarabağ” futbol klubu Kadi Borgesin “Krasnodar”a transfer olunduğunu rəsmən açıqlayıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, transfer Ağdam klubuna 5 milyon dollar qazandıracaq.
Belə ki, braziliyalı futbolçu ilə yayda bağlanmış müqavilənin şərtlərinə əsasən, hər hansı bir klub qeyd olunan məbləği təklif edəcəyi halda Kadini transfer etmək hüququna sahib olacaqdı. “Krasnodar” da müqavilədəki bu bənddən yararlanıb.
Qeyd edək ki, Kadinin transferi ilə “Qarabağ” Azərbaycan futbolunda tarixi rekorda imza atıb. Belə ki, indiyədək heç bir xarici klub Azərbaycandan transfer etdiyi futbolçuya bu qədər məbləğ ödəməmişdi.
Kadi 2021-ci ilin yayından “Qarabağ”da oynayırdı.
Oxşar xəbərlər
Tahir Gözəl: "Kadinin transferi Azərbaycan futbol tarixinin ən böyük keçidi olacaq"
“Kadini satmaq istəmirik, amma qaydalara görə o pulu ödəyəcək kluba da yox deyə bilmərik”. “Report”un məlumatına görə, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl k...