"Qarabağ"ın sabiq futbolçusu yeni klubunda ilk qolunu öz qapısına vurdu
28
fev
2025
14:52
"Qarabağ"dan Macarıstanın "Ferentsvaroş" klubuna keçən braziliyalı futbolçu Julio Romao Macarıstan Kubokunun 1/8 final mərhələsində "ETO FC Győr" ilə görüşdə öz qapısına qol vurub.
BAKU.WS xəbər verir ki, qarşılaşma "Ferentsvaroş" klubunun 3:4 hesablı qələbəsi ilə başa çatıb.
Sabiq ağdamlı matçın 53-cü dəqiqəsində baş zərbəsi avtoqol vurub.
Qeyd edək ki, 2022-ci ildən "Qarabağ"da çıxış edən Romao 120 oyunda 2 qol vurub. O, 2022/2023 və 2023/2024 mövsümlərində Azərbaycan çempionu, 2023/2024 mövsümündə ölkə kubokunun qalibi olub.
Oxşar xəbərlər
"Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başa çatıb
"Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başa çatıb. BAKU.WS report-a istinadən xəbər verir ki, mübarizəni birinci pillədə başa vuran pilot müəyy...