"Qarabağ"ın qələbəsi UEFA reytinqində Azərbaycanın mövqeyini gücləndirib
02
okt
2025
09:26
"Qarabağ" klubu UEFA Çempionlar Liqasının liqa mərhələsinin ikinci turunda Danimarkanın "Kopenhagen" komandasını Bakıda 2:0 hesabı ilə məğlub edərək ölkə reytinqinə əhəmiyyətli töhfə verib.
BAKU.WS xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda bu uğurla Azərbaycanın UEFA reytinqinə əlavə 0.500 xal qazandırıb.
Hazırda Azərbaycan ümumilikdə 22.000 xalla 25-ci pillədə qərarlaşır. Reytinq cədvəlində 24-cü yerdə 22.375 xalla Serbiya, 26-cı yerdə isə 21.375 xala malik Slovakiya yer alır.
Qeyd edək ki, reytinqin lideri 97.116 xalla İngiltərədir.
Oxşar xəbərlər
Avropa liqalarında qış dövrünün diqqətçəkən transferləri
2025–2026 mövsümünün qış transfer dövründə Avropanın aparıcı futbol liqalarında bir sıra mühüm keçidlər rəsmiləşib. BAKU.WS xəbər verir ki, klublar heyətlərini...