"Qarabağ"ın pley-off-dakı potensial rəqibləri məlum oldu
Azərbaycanın Çempionlar Liqasında təmsilçisi olan "Qarabağ" klubu üçün növbəti mərhələdəki (pley-off) mümkün rəqiblər artıq dəqiqləşməyə başlayıb.
BAKU.WS xəbər verir ki, Ağdam təmsilçisi 3-cü təsnifat mərhələsində Şimali Makedoniya klubu "Şkendiya"nı məğlub etdiyi təqdirdə, onun pley-offdakı rəqibi avqustun 4-də İsveçrənin Nyon şəhərində baş tutacaq püşkatmada bəlli olacaq.
Püşkatma Bakı vaxtı ilə saat 14:00-da keçiriləcək.
"Qarabağ"ın qarşılaşa biləcəyi potensial rəqiblər arasında aşağıdakı klublar yer alır:
"Budyo Qlimt" (Norveç)
"Seltik" (Şotlandiya)
"Malmö" – "Kopenhagen" cütünün qalibi
"Lex" – "Srvena Zvezda" cütünün qalibi
"Ludoqorets" – "Ferentsvaroş" cütünün qalibi
Qeyd edək ki, pley-off mərhələsinin qarşılaşmaları 2025-ci il avqustun 19/20-də və 26/27-də baş tutacaq.
Oxşar xəbərlər
"İmişli" ötən ay vidalaşdığı Ronaldo Souzanı yenidən heyətinə qatıb
"İmişli" klubu ötən ay yollarını ayırdığı futbolçu Ronaldo Souzanı yenidən heyətinə qatıb. BAKU.WS xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. 28...