"Qarabağ"ın "Nyukasl"la səfər oyununu tanınmış hakim idarə edəcək
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərədə "Nyukasl" və "Qarabağ" komandaları arasında keçiriləcək cavab oyununa təyinatlar açıqlanıb.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, görüşü İtaliyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi tanınmış FIFA referisi Davide Massa olacaq. Ona yan xətt hakimləri Filippo Meli və Stefano Alassio kömək edəcəklər. Dördüncü hakim funksiyasını Luka Payretto yerinə yetirəcək.
VAR hakimi Daniele Çiffi, onun köməkçisi almaniyalı Kristian Dinqert olacaq.
Qeyd edək ki, fevralın 24-dən 25-nə keçən gecə "Sent Ceyms Park" stadionunda təşkil olunacaq "Nyukasl" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. İlk matçda İngiltərə klubu 6:1 hesablı qələbə qazanıb.
Oxşar xəbərlər
Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin 2026/2027-ci illər mövsümündə Avropa çempionatının seçmə mərhələsinin I raundunda iştirak edəcək heyəti m...