"Qarabağ"ın "İnter"lə oyunda qolunu saymayan hakim yenidən Bakıya gəlir
10 il öncə "Qarabağ"ın qolunu saymayan hakim "Araz-Naxçıvan" - "Omoniya" matçında ədaləti qorumağa çalışacaq.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, VAR hakiminin köməkçisi olacaq Miroslav Zelinka 2014/2015 mövsümündə Avropa Liqasının qrup mərhələsinin son tur matçında "Qarabağ"ın Tofiq Bəhramov adına Respublika stadionunda İtaliya "İnter"inə qarşı keçirdiyi oyunun baş hakimi olub.
O, axırıncı dəqiqələrdə Ağdam komandasının təmiz qolunu hesaba almayıb. Nəticədə Azərbaycan klubu qrupdan çıxa bilməyib.
Qeyd edək ki, avqustun 7-də "Liv Bona Dea Arena"da keçiriləcək "Araz-Naxçıvan" - "Omoniya" görüşü saat 20:00-da başlanacaq. Cavab görüşü avqustun 14-də Nikosiyadakı GSP stadionunda olacaq.
Oxşar xəbərlər
"İmişli" ötən ay vidalaşdığı Ronaldo Souzanı yenidən heyətinə qatıb
"İmişli" klubu ötən ay yollarını ayırdığı futbolçu Ronaldo Souzanı yenidən heyətinə qatıb. BAKU.WS xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. 28...