"Qarabağ"ın hücumçusu klubdan ayrılır - SƏBƏB

"Qarabağ" mövsümün sonunda yollarını ayıracağı ilk futbolçunu müəyyənləşdirib.
BAKU.WS Futbolinfo.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi hücumçu Redon Cicanın performansından razı deyil.
Artıq iki ildən çoxdur Premyer Liqa təmsilçisinin formasını geyinməsinə baxmayaraq, əsas heyətə düşə bilməyən albaniyalı forvard millidəki yerini də itirib. Gələn mövsümdən legioner limitinin ləğv ediləcəyini, daha güclü əcnəbilərin gətiriləcəyini nəzərə alsaq, Cica üçün "Qarabağ"da möhkəmlənmək bir növ mümkünsüzə çevriləcək.
Bunu futbolçu özü də başa düşür. O, ölkəsinin iddialı klublarından birinə keçərək, yenidən Albaniya yığmasına çağırılmaq arzusundadır. "Qarabağ"ın da bu ayrılıqda maraqlı olması yayda forvardın gedişini asanlaşdıra bilər. Ancaq bu, 26 yaşlı oyunçu üçün gələcək təkliflərdən asılı olacaq.
Qeyd edək ki, Redon Cicanın "Qarabağ"la müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.
Oxşar xəbərlər
Azərbaycanın U-21 millisi yoxlama oyununda Belarusla qarşılaşıb
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində bu gün yoxlama görüşü keçirib. BAKU.WS "Report"a istinadən xəbər verir ki,...
