"Qarabağ"ın ÇL-dəki rəqibi Cerrardı baş məşqçi postuna gətirmək istəyir
"Qarabağ"ın UEFA Çempionlar Liqasında rəqibi olan İngiltərə təmsilçisi "Liverpul" baş məşqçisi Arne Slotu istefaya göndərməyə hazırlaşır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, mersisaydlıların Premyer Liqanın XV turunda səfərdə "Lids"lə heç-heçə (3:3) etməsi rəhbərliyin növbəti dəfə narazılığına səbəb olub.
Buna görə Slotun Stiven Cerrardla əvəzlənməsi gündəmdədir. 45 yaşlı mütəxəssisin sabiq komandasını çalışdırmaq fikrinə müsbət yanaşdığı bildirilir. O, hazırda işsizdir.
Qeyd edək ki, Cerrard 1998-2015-ci illərdə "Liverpul"un şərəfini qoruyub və 504 matçda 120 qol vurub. Adıçəkilən komanda hazırda Premyer Liqada 23 xalla səkkizinci sırada yer alıb.
Oxşar xəbərlər
"İnter" Bastoninin transfer qiymətini açıqlayıb - "Barselona" maraqlanır
İtaliyanın "İnter Milan" klubu mərkəz müdafiəçisi Alessandro Bastoni üçün mümkün transfer qiymətini müəyyənləşdirib. BAKU.WS xəbər verir ki, bu barədə "Sport.e...