"Qarabağ"ın Avropa Liqasındakı RƏQİBLƏRİ - DƏYƏRİ, ƏN BAHA FUTBOLÇULARI
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağ"ın UEFA Avropa Liqasının Liqa mərhələsində rəqibləri bəlli olub.
Təmsilçimiz ilk oyununu "Ayaks"la (Niderland) evdə keçirəcək. Ağdamlılar ikinci matçında səfərdə "Tottenhem" (İngiltərə) ilə qarşılaşacaq.
Azərbaycan təmsilçisi üçüncü görüşündə doğma meydanda "Lion" (Fransa), dördüncü qarşılaşmasında səfərdə "Olimpiakos"la (Yunanıstan) üz-üzə gələcək.
Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv daha sonra evdə "Malmö" (İsveç) ilə, ardınca isə səfərdə "Budyo Qlimt"lə (Norveç) görüşəcək. Növbəti qarşılaşmalar "Styaua" (Rumıniya) ilə Bakıda, "Elfsborq"la İsveçdə gerçəkləşəcək.
Aşağıda hər bir klubun "transfermarket" saytı əsasında dəyərləri, ən bahalı oyunçuları və son uğurları barədə qısa məlumatlar təqdim edirik:
-
Ayaks (Ajax):
- Dəyəri: 252,5 milyon avro
- Ən bahalı oyunçusu: Brian Brobbey (35 milyon avro)
- Uğurları: UEFA Çempionlar Liqasının 4 qat çempionu, UEFA Super kubpkunun qalibi, bir dəfə UEFA kubokunun qalibi
-
Tottenhem Hotspur (Tottenham):
- Dəyəri: 786,5 milyon avro
- Ən bahalı oyunçusu: Kristian Romero (65 milyon avro)
- Uğurları: UEFA kubokunun iki qat qalibi
-
Lion (Lyon):
- Dəyəri: 265 milyon avro
- Ən bahalı oyunçusu: Rayan Cherki (25 milyon avro)
- Uğurları: 7 qat Fransa çempionu
-
Olimpiakos (Olympiacos):
- Dəyəri: 89 milyon avro
- Ən bahalı oyunçusu: David Carmo (12milyon avro)
- Uğurları: UEFA Konfras Liqasının son qalibi
-
Malmö FF:
- Dəyəri: 33,5 milyon avro
- Ən bahalı oyunçusu: Sead Haksabanoviç (3.5 milyon avro)
- Uğurları: 23 qat İsveç çempionu
-
Budyo Qlimt (Bodø/Glimt):
- Dəyəri: 37,55 milyon avro
- Ən bahalı oyunçusu: Patrick Berq (4,5 milyon avro)
- Uğurları: 3 qat Norveç çempionu
-
Styaua (Steaua București):
- Dəyəri: 35,3 milyon avro
- Ən bahalı oyunçusu: Darius Olaru (7milyon avro)
- Uğurları: UEFA Çempionlar Liqasının keçmiş qalibi (1986)
-
Elfsborq (IF Elfsborg):
- Dəyəri: 17,5 milyon avro
- Ən bahalı oyunçusu: Michael Baidoo (3 milyon avro)
- Uğurları: 6 qat İsveç çempionu.
Oxşar xəbərlər
Osimhen "Qalatasaray"ın yeni transferindən danışdı: "Möhtəşəm iş görüblər"
"Qalatasaray"ın hücumçusu Viktor Osimhen komandanın rusiyalı yarımmüdafiəçisi Aleksey Batrakovun transferini yüksək qiymətləndirib. BAKU.WS xəbər verir ki, nige...