"Qarabağ"ı qonaq edəcək 786,50 milyon avroluq rəqibini TANIYAQ

Qarabağı qonaq edəcək 786,50 milyon avroluq rəqibini TANIYAQ
İdman 76

"Qarabağ" UEFA Avropa Liqasının Liqa mərhələsində ilk matçını səfərdə "Tottenhem"ə (İngiltərə) qarşı keçirəcək.

BAKU.WS xəbər verir ki, nüfuzlu "Transfermarkt" portalında "Köhlən atlar"ın rəqibinin klub dəyəri 786,50 milyon avro kimi qiymətləndirilir. 

Premyer Liqa təmsilçisinin heyətində ümumilikdə 27 futbolçu var. Onlardan 19-u əcnəbilərdir. Oyunçulardan 17-si milli komandalarda çıxış edir. 

"Tottenhem"in  heyəti ulduz futbolçularla zəngindir. Klubun ən bahalısı 70 milyon avroluq James Maddisondur. 

Bundan başqa "Mahmızlar"da mərkəz müdafiəçiləri Cristian Romero (65 milyon avro), Micky van de Ven (55 milyon avro), sağ cinah müdafiəçiləri Pedro Porro (45 milyon avro), Dejan Kulusevski (55 milyon avro), mərkəzi yarımmüdafiəçi Papa Matar Sarr (45 milyon avro) çıxış edir.

Rəqib hazırda İngiltərə Premyer Liqasında 5-ci yerdə qərarlaşıb. Onlar ümumilikdə 2 qarşılaşma keçirib, 1 heç-heçə 1 qələbə.

Klubun baş məşqçisi 59 yaşlı Ange Postecogloudur. O bu posta ötən il təyin olunub. Əsası 5 sentyabr 1882-ci ildə qoyulan "Tottenhem" klubunun 62.850 yerlik stadionu "Tottenham Hotspur Stadium" adlanır.   

Klub tarixi ərzində indiyədək 2 dəfə İngiltərə Premyer Liqası, 8 dəfə İngiltərə Federasiya Kuboku, 
4 dəfə İngiltərə Liqa Kuboku, 7 dəfə İngiltərə Superkuboku, 2 dəfə UEFA Kuboku, 1 dəfə Kuboklar Kubokunun qalibi olub. 

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər