“Qarabağ” “Fənərbağça”nın futbolçusunu transfer edir

“Qarabağ” “Fənərbağça”nın futbolçusunu transfer edir
İdman 758

Türkiyənin “Milliyət” qəzeti “Fənərbağça”nın yarımmüdafiəçisi Alper Potukun “Qarabağ”a keçəcəyini yazıb.

BAKU.WS xəbər verir ki, iddialara görə, “Qarabağ” 28 yaşlı futbolçunu 6 aylıq icarəyə götürmək istəyir.

Qeyd edək ki, “Eskişehirspor”un yetirməsi olan Potuk 2013-cü ildən “Fənərbağça”da çıxış edir. Təcrübəli yarımmüdafiəçi Türkiyə millisində də 17 oyun keçirib.

Onun “Fənərbağça”dakı illik maaşı 1,2 milyon avrodur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər