"Qarabağ" dünya reytinqində daha 9 pillə irəliləyib
12
fev
2023
12:25
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
301 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən yalnız "Qarabağ" yer alıb.
143 xala malik "köhlən atlar" ötən ayla müqayisədə 9 pillə irəliləyərək 69-cu sıradadır.
Ölkə çempionunun UEFA Konfrans Liqasının pley-off mərhələsində rəqibi olan Belçikanın "Gent" klubu 117 xalla 109-cudur.
İlk "3-lük"də müvafiq olaraq "Flamenqo" (Braziliya – 299 xal), "Palmeyras" (Braziliya - 284) və "Liverpul" (İngiltərə - 265) qərarlaşıb.//report
Oxşar xəbərlər
"Qarabağ"ın rəqibini yaxından tanıyaq - Milyonluq oyunçular
Ağdamın "Qarabağ" klubunun UEFA Konfrans Liqasında üz-üzə gələcəyi Belçikanın "Gent" klubunun dəyəri 68,2 milyon avrodur. BAKU.WS xəbər verir ki, Almaniyanın nü...