"Qarabağ" daha bir legioner TRANSFER ETDİ

Qarabağ daha bir legioner TRANSFER  ETDİ
Foto
İdman 66

"Qarabağ" növbəti transferini gerçəkləşdirib.

BAKU.WS Ağdam klubuna istinadən xəbər verir ki, Portuqaliyanın "Portimonense" klubu ilə danışıqlar müsbət nəticələnib və Samuel Lobato "Qarabağ"a keçib.

24 yaşlı portuqaliyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. O, komandamızda 28 nömrəli formanı geyinəcək.

2025-ci ildən "Portimonense"də çıxış edən orta sahə oyunçusu ilk dəfə legioner həyatı yaşayacaq. Lobato 2015-2021-ci illər aralığında Portuqaliyanın məşhur "Sportinq" klubunun akademiyasında yetişib. O, karyerası ərzində həmçinin "Famalikao", B SAD və "Tondela" klublarında da çıxış edib.

Qeyd edək ki, Samuel Lobato yay transfer pəncərəsində komandamıza qoşulan üçüncü futbolçudur. Onadək Jali Mauddib və Zakaria Savonun keçidi rəsmiləşmişdi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər