"Qarabağ" braziliyalı futbolçunu transfer etdi
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağ" yeni mövsüm üçün ikinci transferini reallaşdırıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Portuqaliyanın "Alverka" klubu ilə aparılan danışıqlar uğurla nəticələnib və yarımmüdafiəçi Pedro Bikalyo heyətə cəlb olunub.
Ağdam təmsilçisi ilə 24 yaşlı braziliyalı futbolçu arasında "3+1" illik müqavilə imzalanıb. Yarımmüdafiəçi "Qarabağ"da 35 nömrəli forma ilə çıxış edəcək.
Peşəkar karyerasına 2020-ci ildə "Kruzeyro"da başlayan Pedro bir il sonra "Palmeyras"a keçib. O, bu klubla 2021-ci ildə Libertadores kubokunun qalibi adını qazanıb.
Yarımmüdafiəçi icarə əsasında Braziliyanın "Vitoriya", Portuqaliyanın "Santa Klara" və "Alverka" klublarında çıxış edib.
Oxşar xəbərlər
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Oktyabrın 30-da Sumqayıt Olimpiya İdman Kompleksində U-20 gənclər arasında cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Cü...