"Qarabağ" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Səbail"ə qalib gəlib
06
fev
2025
20:40
"Qarabağ" futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Səbail"ə qalib gəlib.
"ASCO Arena"da baş tutan matçda Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv minimal hesablı qələbəyə sevinib.
Yeganə qolu 35-ci dəqiqədə Yassin Benzia meydan sahiblərinin qapısından keçirib.
Tərəflər arasında cavab qarşılaşması fevralın 27-də reallaşacaq.
Qeyd edək ki, bu raundun əvvəlki görüşlərində "Neftçi" səfərdə "Kəpəz"i 2:0, "Araz-Naxçıvan" isə "Zirə"ni doğma meydanda 1:0 hesabı ilə məğlub edib. "Sabah" - "Sumqayıt" matçında isə hesab açılmayıb.
Oxşar xəbərlər
Qurban Qurbanov: "Məğlub olduq, futboldur, belə hallar olur"
"Qarabağ" Misli Premyer Liqasının 25-ci turunda səfərdə "Kəpəz"ə 0:1 hesabı ilə məğlub olub. BAKU.WS Sportal.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin...