“Qarabağ” Avropa Liqasının beşqat qalibi ilə qarşılaşacaq
19
sen
2019
09:19
Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok matçını keçirəcək.BAKU.WS xəbər verir ki, Ağdam klubu Avropa Liqasının qrup mərhələsində mübarizəyə başlayacaq.A qrupunun I turu çərçivəsində "Qarabağ" klubu İspaniyanın “Sevilya” komandası ilə qarşılaşacaq.Qeyd edək ki, indiyədək qrup mərhələsinə iki dəfə evdə başlayan Ağdam klubu beş il öncə “Sent-Etyenn”, üç il əvvəl “Slovan”la heç-heçə edib.Avropa LiqasıQrup mərhələsiI tur19 sentyabrA qrupuBaş hakim: Yevgeni AranovskiBaş hakimin köməkçiləri: Semyon Şlonçak, İqor AlyoxinDördüncü hakim: Yaroslav Kozik (hamısı Ukrayna)Hakim-inspektor: Elmir Pilav (Bosniya və Herseqovina)UEFA nümayəndəsi: Boris Stankov (Bolqarıstan)Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu20:55. “Qarabağ” (Azərbaycan) – “Sevilya” (İspaniya).
Oxşar xəbərlər
"Qarabağ"-"Sevilya" oyununa olan biletlərin 90 faizdən çoxu satılıb
Sentyabrın 19-da UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində Bakıda keçiriləcək "Qarabağ"-"Sevilya" oyunu üçün satışa çıxarılan biletlərin 90...