“Qarabağ” 0:4 məğlub oldu - Ümid "Roma"ya qaldı (YENİLƏNİB)

“Qarabağ” 0:4 məğlub oldu - Ümid Romaya qaldı (YENİLƏNİB)
İdman 4597
Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq. BAKU.WS xəbər verir ki, Ağdam təmsilçisi Bakı Olimpiya Stadionunda baş tutacaq sonuncu ev oyununda İngiltərə çempionu “Çelsi” ilə qarşılaşacaq. Xatırladaq ki, “Qarabağ” Londonda "Çelsi"yə 0:6 hesabı ilə məğlub olub. Qurban Qurbanovun yetirmələri doğma meydanda həmin məğlubiyyətin əvəzini çıxmaqla yanaşı, Avropa Liqasına vəsiqə şansını saxlamaq üçün mübarizə aparacaq. UEFA Çempionlar LiqasıC qrupu22 noyabr 21:00. “Qarabağ” – “Çelsi” Baş hakim: Manuel De Souza, Alvaro Meskita, Rikardo Santos, Nuno Pereyra. Əlavə hakim köməkçiləri: Fabio Verissimo, Luis Migel Branko Qodinyo (hamısı Portuqaliya). Bakı Olimpiya Stadionu. “Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 77. Donald Gerrye. Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 90. Ramil Şeydayev, 91. Coşqun Diniyev, 99. Dani Kintana. Baş məşqçi: Qurban Qurbanov. “Çelsi”: 13. Tibo Kurtua, 2. Antonio Rüdiger, 4. Markos Alonso, 4. Sesk Faberqas, 7. Nqolo Kante, 10. Eden Azar, 11. Pedro Rodriqes, 21. Davide Zappakosta, 22. Villian, 28. Sesar Aspilikueta (k), 30. David Luis. Ehtiyat oyunçular: 1. Villi Kabalyero, 6. Danni Drinkuoter, 9. Alvaro Morata, 14. Timoue Bakayoko, 24. Qari Keyhill, 27. Andreas Kristensen, 66. Dujon Sterlinq. Baş məşqçi: Antonio Konte. *** Qarşılaşmanın 19-cu dəqiqəsində Rəşad Sadıqov qırmızı vərəqə alaraq oyundan kənarlaşçdırılır və qapımız penaliti təyin edilir. Və hesab açılır - 0:1. ***36-cı dəqiqədə rəqiblər yenidən fərqlənir və hesab arasındakı fərqi 2-yə çatdırırlar - 0:2.***Qarşılaşmanın 70-ci dəqiqəsində hakim, komandamızın qapısına daha bir penaliti təyin edir. Rəqib komandanın oyunçusu bu fürsəti məharətlə dəyərləndirərək hesabı 0:3-ə çatdırır.***"Qarabağ" - "Çelsi" oyunu 0:4 qonaqların xeyrinə yekunlaşdı. "Qarabağ"ın Avroliqaya düşməsi isə "Roma" - "Atletiko" qarşılaşmasının nəticəsindən asılı olacaq. Əgər "Roma" qalib gələrsə, komandamız Avroliqada mübarizəni davam etdirə biləcək.BAKU.WS

Oxşar xəbərlər

“Qarabağ”dan qələbəyə bərabər heç-heçə

“Qarabağ”dan qələbəyə bərabər heç-heçə

Bu gün Çempionlar Liqasında II dövrəyə start veriləcək.BAKU.WS xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" IV turun ilk oyun günündə meydana çıxacaq. Ağdam tə...

5212 İdman 01:22 01 noyabr 2017

Son xəbərlər