Qara Qarayev rəsmən "Araz-Naxçıvan"da
30
okt
2024
12:55
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Neftçi" klubunun sabiq yarımmüdafiəçisi Qara Qarayev rəsmi olaraq "Araz-Naxçıvan" klubuna transfer olunub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, klubun icraçı direktoru Eldəniz Yusubov bunu təsdiqləyib və bildirib ki, futbolçu ilə müqavilə imzalanacaq:
"Qara Qarayevlə mövsümün sonunadək müqavilə imzalayacağıq. Müqavilənin şərtləri artıq razılaşdırılıb. Bu gün Qara Qarayevin kluba keçidi ilə bağlı rəsmi paylaşım olunacaq".
Qeyd edək ki, Qara Qarayev "Neftçi" klubundan mövsümün əvvəlində qarşılıqlı razılıq əsasında ayrılmışdı.
Oxşar xəbərlər
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Oktyabrın 30-da Sumqayıt Olimpiya İdman Kompleksində U-20 gənclər arasında cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Cü...