Qana minifutbol yığmasının üzvü: "Bakı bizdə çox dərin izlər buraxdı, insanları qonaqpərvərdirlər"

Qana minifutbol millisinin üzvü Sovah Stepan Milli Gimnastika Arenasında keçirilən dünya çempionatının təşkilatçılığından və Bakıda gördüklərindən məmnun qalıb.
BAKU.WS xəbər verir ki, o, "Report"a açıqlamasında hər şeyi bəyəndiklərini vurğulayıb.
"Şəhəri gəzə bildik. Fürsət olsaydı, bir daha gəlmək istəyərdik. İnanın, Bakı bizdə çox dərin izlər buraxdı. Şəhər maraqlı, insanları qonaqpərvərdir. Bu, tək mənim yox, bütün komanda yoldaşlarımın fikridir. Milli Gimnastika Arenasında futbol oynamaq da çox gözəldir. Turnirin Bakıda keçirilməsində əməyi olan hər kəsə təşəkkürümü bildirirəm", - deyə o söyləyib.
S.Stepan H qrupunda keçirdikləri görüşlər barədə danışıb:
"Təəssüf hissi keçirirəm. Bütün matçları məğlub başa vurduq. Çətin qrupa düşdüyümüzü deyə bilərəm".
Qeyd edək ki, Qana millisi yer aldığı H qrupunu Serbiya (9), İsrail (6) və İspaniyanın (3) ardından 0 xalla sonuncu pillədə başa vurub.
Oxşar xəbərlər
Bakıda keçirilən dünya çempionatında 1/4 finala yüksələn 4 komanda müəyyənləşib
Bakıda keçirilən dünya çempionatında 1/4 finala yüksələn 4 komanda müəyyənləşib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu, mundialın 1/8 final mərhələsini...
