"Qalatasaray"dan Zaha və Ziyeşlə bağlı qərar
Yeniliklərdən dərhal xəbərdar olun
Çempionlar Liqasında "Kopenhagen"lə qarşılaşacaq "Qalatasaray"da Vilfrid Zaha və Hakim Ziyeşlə bağlı qərar verilib.
BAKU.WS "NTV Spor"a istinadən xəbər verir ki, baş məşqçi Okan Buruk sabah keçiriləcək matçın heyətini müəyyən edib.
Hakim Ziyeş ağrılarına baxmayaraq texniki heyətə bu matçda oynamaq istədiyini bildirib.
Okan Burukun kritik qarşılaşmada ilk 11-likdə Ziyeşi meydana çıxaracağı gözlənilir.
Digər tərəfdən, "Adana Dəmirspor" matçında ehtiyat oyunçular skamyasında oturan Vilfrid Zaha "Kopenhagen" matçında ilk 11-də yer alacaq.
Kərəm Aktürkoğlu və Mauro İkardi də start heyətdə meydana çıxacaq.
Kaan Ayhanın yarımmüdafiədə Torreyra ilə yanaşı oynamaq şansı olacaq.
Oxşar xəbərlər
“Qarabağ”ın baş direktorundan Şahruddinlə bağlı AÇIQLAMA: “Keçidinə icazə verdik” - YENİLƏNİB
“Şahruddinin qərarına hörmətlə yanaşdıq və “Adana Dəmirspor”a keçidinə icazə verdik”. Bunu “Report”a açıqlamasında “Qarabağ”ın baş direktoru Əmrah Çəlikəl qapıç...