"Qalatasaray"dan yeni "transfer bombası" - FOTO

Qalatasaraydan yeni transfer bombası - FOTO
Foto
İdman 9

"Qalatasaray" klubu ötən il olduğu kimi bu il də ulduz futbolçunu heyətinə qatmaq istəyir.

BAKU.WS xəbər verir ki, "CimBom" Səudiyyə Ərəbistanını tərk etməkdə qərarlı olan Kərim Benzemanı İstanbula gətirmək niyyətindədir.

"Sarı-qırmızılar"ın vitse prezidenti Erden Timur fransız futbolçu ilə müqavilə imzalamaq üçün "Əl-İttihad"la ilk əlaqəni qurmağa hazırlaşır.

Benzemanı mövsümün sonuna qədər icarəyə götürmək istəyən "CimBom", futbolçu ilə uyğun şərtlər altında müqavilə bağlamaq istəyir.

Qeyd edək ki, "Real Madrid"dən sonra "Əl-İttihad"a transfer olunan Kərim Benzema klubda 12 qol vurub, 5 məhsuldar ötürmə edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər