"Qalatasaray" tanınmış hücumçunu transfer etdi

Qalatasaray tanınmış hücumçunu transfer etdi
İdman 104

Türkiyə "Qalatasaray"ı Fransanın PSJ komandasından argentinalı futbolçu Mauro İkardini icarəyə götürüb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, 29 yaşlı hücumçu "Cim-Bom"la müqavilə imzalamaq üçün İstanbula gəlib.

Təcrübəli forvard cari mövsümün sonunadək Superliqa təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, Argentina millisinin də üzvü olan Mauro İkardi daha əvvəl İspaniyanın "Barselona", İtaliyanın "Sampdoriya" və "İnter" klublarında çıxış edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər