"Qalatasaray" "Barselona"nın qapıçısını icarəyə götürdü

Qalatasaray Barselonanın qapıçısını icarəyə götürdü
İdman 74

Türkiyə "Qalatasaray"ı heyətini yeni qapçı ilə gücləndirib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi İspaniya "Barselona"sının qolkiperi İnyaki Penyanı icarəyə götürüb.

23 yaşlı oyunçu "Cim-Bom"da cari mövsümün sonunadək çıxış edəcək.

Qeyd edək ki, bunadək "Barselona"nın B komandasında oynayan İnyaki Penya İspaniyanın aşağı yaş qrupları üzrə yığmalarının da formasını geyinib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər