"Qalatasaray" iki futbolçu üçün hərəkətə keçir

Qalatasaray iki futbolçu üçün hərəkətə keçir
İdman 8

"Qalatasaray" idarəçiləri və texniki heyət istədikləri 2 gənc ulduz üçün hərəkətə keçib.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, "sarı-qırmızılılar" futbolçular Eren Dinkçi və Berkay Yılmaz üçün görüşlərini intensivləşdirib.

Eren Dinkçi bu mövsüm çıxış etdiyi Bundesliqa təmsilçisi "Heidenheim" ilə 24 matçda 7 qol vurub, 3 məhsuldar ötürmə edib.

Müdafiəçi Berkay Yılmaz "Frayburq"un U-19 komandasında çıxış edir.

Qeyd edək ki, bu mövsüm çempionluq uğrunda mübarizədə "Qalatasaray" son matçında "Çaykur-Rizespor"u 6-2 hesabı ilə məğlub edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər