"Qalatasaray"dan 3 ulduz birdən gedir
"Qalatasaray"da mövsümün əvvəlində gözlənilməz ayrılıqlar gündəmə gəlib.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Lukas Torreyranın İtaliyanın "Fiorentina" klubuna qayıtmaq ehtimalı ilə yanaşı, Mario Lemina və Viktor Nelssonun da komandadan ayrılması gündəmdədir.
İtaliya mətbuatının tanınmış jurnalisti Nikolo Şiranın məlumatına görə, "Fiorentina" Torreyranın transferi ilə bağlı futbolçu ilə prinsipial razılığa gəlib. Bildirilir ki, keçidin reallaşması "Yuventus"un Nikkolo Faciolini satmasından asılıdır.
Lemina ilə bağlı isə Səudiyyə Ərəbistanının "Əl-Şəbab" klubu hərəkətə keçib. HT Spor-un məlumatına görə, klub daha əvvəl "Qalatasaray"a təqdim etdiyi 6 milyon dollarlıq təklifini qüvvədə saxlayır və transfer üçün danışıqları intensivləşdirib.
Viktor Nelsson da İstanbul klubundan ayrıla bilər. "Sky Sport"un xəbərinə əsasən, İtaliyanın "Monza" klubu danimarkalı müdafiəçinin transferi üçün "Qalatasaray"la əlaqə saxlayıb.
Oxşar xəbərlər
"Trabzonspor" - "Ferentsvaroş" - Salahın komandasının şansları açıqlandı
UEFA Avropa Liqasının pley-off mərhələsində bu gün daha bir maraqlı qarşılaşma keçiriləcək. BAKU.WS xəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu doğma meydand...