Prokurorluq: Dieqo Maradona öldürülüb
Əfsanəvi argentinalı futbolçu Dieqo Armando Maradonanın ölümünü araşdıran prokurorlar çərşənbə günü 7 nəfəri sabiq idmançının “mümkün adi qətl” niyyətində ittiham ediblər.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə “Marca” qəzeti bildirib.
San-İsidro şəhərinin Baş Prokurorluğu hakimə ittiham olunan şəxslərin Argentinanı tərk etməsina qadağa qoyulmasını xahiş edib və onların hamısını ifadə verməyə çağırıb.
İşdə adı keçənlərin hamısı ötən ilin noyabrında Maradonanın ölümündən əvvəl ona baş çəkən həkimlərdir.
Yaxın günlərdə tibb bacıları - Rikardo Omar Almiron və Daxiana Qizela Madrid, tibb bacılarının koordinatoru Mariano Perroni, keçmiş futbolçunun ev şəraitində müalicə edilməsinə nəzarət edən həkim Nensi Forlini, psixoloq Karlos Anxel Dias, psixiatr Aqustina Kazaçev və Maradonanın şəxsi həkimi, neyro-cərrah Leopoldo Luke dindiriləcəklər.
Oxşar xəbərlər
"Napoli"nin stadionuna Maradonanın adı verildi
İtaliyanın "Napoli" klubuna məxsus stadionun adı dəyişdirilib. BAKU.WS report-a istinadən xəbər verir ki, arena komandanın sabiq kapitanı Dieqo Maradonanın şərə...