Premyer Liqada XXXII tura Tovuzda start veriləcək
Futbol üzrə Misli Premyer Liqasında XXXII tura bu gün start veriləcək.
BAKU.WS xəbər verir ki, günün yeganə matçı Tovuzda baş tutacaq.
"Turan Tovuz" doğma azarkeşləri önündə "Şamaxı" ilə üz-üzə gələcək. Qarşılaşma saat 19:00-da başlayacaq. Meydan sahibləri 48 xalla dördüncü, qonaqlar 34 xalla dördüncü pillədə qərarlaşıb.
Misli Premyer Liqası
IV dövrə, XXXII tur
25 aprel
19:00. "Turan Tovuz" – "Şamaxı"
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu
Qeyd edək ki, tura aprelin 28-də yekun vurulacaq.
Oxşar xəbərlər
"Formula-1": Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş başa çatdı
Bakıda "Formula-1" Azərbaycan Qran-prisinin üçüncü sərbəst yürüşü başa çatıb. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, xəbər verir ki, üçüncü sərbəst yürüşdə...