Premyer Liqada II dövrəyə yekun vuruldu

Premyer Liqada II dövrəyə yekun vuruldu
İdman 368

Futbol üzrə Azərbaycan Premyer Liqasında II dövrəyə yekun vurulub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, ilin XIV tura təsadüf edən son matçında "Sabah" "Neftçi"ni qəbul edib.

Masazırdakı "Kapital Bank Arena"da baş tutan qarşılaşmada qonaqlar qalib gəlib - 2:0. Oyunun 45+2-ci dəqiqəsində Anton Krivotsyuk künc zərbəsindən sonra başla fərqlənib. Son nöqtəni isə Stiven Monroz 90+2-ci dəqiqədə qoyub.

Bu qələbədən sonra xalını 25-ə çatdıran "Neftçi" 2-ci pilləyə yüksəlib. "Ağ-qaralar" lider "Qarabağ"dan 6 xal geri qalırlar. "Sabah" isə 13 xalla 6-cı sıradadır.

Turun qalan görüşlərinə gəlincə, "Zirə" "Səbail"i məğlub edib 4:1. "Qarabağ" - "Keşlə" 2:2, "Sumqayıt" - "Qəbələ" isə 1:1 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, III dövrəyə gələn il fevralın 1-də start veriləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Premyer Liqa: "Qarabağ" ilin son matçında heç-heçə edib

Premyer Liqa: "Qarabağ" ilin son matçında heç-heçə edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında ilin sonuncu - XIV turuna start verilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, ikinci dövrənin axırıncı həftəsini...

457 İdman 21:33 06 dekabr 2019

Son xəbərlər