Premyer Liqa: "Zirə" növbəti qələbəsini qazanıb
"Zirə" Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb.
"Report"un məlumatına görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv XII turda "Şamaxı"nın qonağı olub.
Qarşılaşma paytax təmsilçisinin qalibiyyəti ilə bitib - 2:0. 33-cü dəqiqədə Junior Martins, 63-cü dəqiqədə Ruan Renato fərqlənib.
Qələbə sayəsində xallarını sayını 20-yə çatdıran "qartallar" hələlik dördüncü pillədə qərarlaşıb. Meydan sahibləri 12 xalla altıncı sıradadır.
Qeyd edək ki, ötən gün "Neftçi" evdə "Araz-Naxçıvan"a uduzub - 0:1. "Turan-Tovuz" - "Qarabağ" matçında isə qol vurulmayıb. Turun digər iki qarşılaşması noyabrın 3-də gerçəkləşəcək.
Oxşar xəbərlər
Juninyonun yeni klubunun adı məlum oldu
Meksikanın futbol klublarından olan "Pumas" heyətini "Qarabağ"ın sabiq üzvü ilə gücləndirib. BAKU.WS xəbər verir ki, klub 29 yaşlı braziliyalı hücumçu Olavio Ju...