Premyer Liqa: "Zirə" 10 nəfərlə "Neftçi"ni məğlub edib
Yeniliklərdən dərhal xəbərdar olun
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, günün ikinci matçında "Zirə" "Neftçi"ni qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Qartallar"da 43-cü dəqiqədə Rəhim Sadıxov, 78-ci dəqiqədə Fuad Bayramov, 85-ci dəqiqədə Vladislav Kulaç fərqlənib. "Ağ-qaralar"da yeganə qolu 19-cu dəqiqədə penaltidən Emin Mahmudov vurub.
Bundan əlavə, qəsəbə təmsilçisində Ceyhun Nuriyev 67-ci dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Qələbə sayəsində xallarının sayını 49-a çatdıran "Zirə" ikinci pilləyə yüksəlib. "Neftçi" isə dördüncü sıraya enib.
Qeyd edək ki, günün ilk matçında "Qarabağ" "Qəbələ" ilə heç-heçə edib - 2:2. Ötən gün "Sumqayıt" səfərdə "Turan Tovuz"a qalib gəlib - 4:1. XXXI tur aprelin 21-də başa çatacaq.
Oxşar xəbərlər
AVRO-2024: Azərbaycan millisi seçmə mərhələni məğlubiyyətlə başa vurub - YENİLƏNİB
Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində sonuncu oyununu keçirib. Canni De Byazinin baş məşqçisi olduğu kollektiv Belçika yığmasının qonağı olub. Qarş...