Premyer Liqa: “Turan Tovuz” səfərdə “Sabah”ı məğlub edib - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Premyer Liqasında V tura start verilib.
BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, açılış matçında “Sabah” “Turan Tovuz”u qəbul edib.
Görüş meydan sahiblərinin gözlənilməz məğlubiyyəti ilə başa çatıb - 0:3. Hesabı 19-cu dəqiqədə dəqiq baş zərbəsi ilə Roderik Miller açıb. 56-cı dəqiqədə Şəhriyar Əliyev fərqi artırıb. O da başla fərqlənib. 79-cu dəqiqədə isə Belajdi Pusi gözəl qolla matçda son nöqtəni qoyub.
Bu qələbədən sonra “Turan Tovuz” doqquz xalla üçüncü pilləyə yüksəlib. “Sabah” isə dörd xalla altıncıdır.
Qeyd edək ki, turun digər matçları sentyabrın 2-də və 3-də keçiriləcək.
Oxşar xəbərlər
Konfrans Liqası: "Sabah" penaltilər seriyasında məğlub olaraq turnirlə vidalaşıb - YENİLƏNİB - 9
"Sabah" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxıb. Murad Musayevin baş məşqçi olduğu kollektiv Serbiyada "Partizan"ın qonağı olub. Q...