Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib

24
may
2025
22:36
Misli Premyer Liqasında sonuncu - XXXVI turun oyununda "Sabah" "Neftçi"yə qalib gəlib.
"Bank Respublika Arena"dakı görüşün taleyini 1 qol həll edib.
Yeganə qolu 64-cü dəqiqədə Cesse Sekidika "ağ-qaralar"ın qapısından keçirib.
"Sabah" 48 xalla turnir cədvəlini beşinci, 43 xala malik "Neftçi" isə altıncı pillədə başa vurub.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" səfərdə "Səbail"i (4:1), "Qarabağ" isə "Şamaxı"nı (1:0) məğlub edib. Tura mayın 25-də yekun vurulacaq.
Oxşar xəbərlər
Qurban Qurbanov: "Ferentsvaroş" çox təhlükəli rəqibdir"
"Ferentsvaroş" çox təhlükəli rəqibdir. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-...
