Premyer Liqa: "Qarabağ" – "Zirə" matçı heç-heçə başa çatdı
Yeniliklərdən dərhal xəbərdar olun
Misli Premyer Liqasının IV turunda "Qarabağ" və "Zirə" klubları üz-üzə gəlib. Görüş maraqlı idman mübarizəsi şəraitində keçib və 1:1 hesabı ilə başa çatıb.
BAKU.WS-in məlumatına görə, oyunda hesabı "Zirə" açıb. 39-cu dəqiqədə Ruan Renato penaltidən dəqiq zərbə vuraraq komandasını önə çıxarıb – 0:1. İlk hissə bu hesabla yekunlaşıb.
İkinci hissədə "Qarabağ" bərabərlik qolunu tapa bilib. 81-ci dəqiqədə Kadi Borges dəqiq zərbə ilə fərqlənərək hesabı 1:1 edib.
Qarşılaşmanın qalan dəqiqələrində hər iki komanda qələbə qolu üçün cəhd göstərsə də, nəticə dəyişməyib. Beləliklə, tərəflər meydanı bir xalla tərk ediblər.
Oxşar xəbərlər
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Oktyabrın 30-da Sumqayıt Olimpiya İdman Kompleksində U-20 gənclər arasında cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Cü...